Press və ya saxta press vəsiqələri
Əziz oxucular, artıq 2016 –cı ilin birinci rübünü geridə qoymuşuq. Lakin geridə qalan sadəcə təqvimin günləri, ayları deyil. Həllinin tapılmasının bünövrəsi hələ yola saldıqımız ildə qoyulmuş müəyyən problemlərimiz, çatışmayan cəhətlərimiz bəziləri də bu müddət ərzində islah olunaraq tarixə qovuşmuşdur. Lakin bir addım inkişafa doğru irəli prinsipini əfsus ki, bütün sahələrə aid etmək olmaz. Çünki cəmiyyətimizdəki xəstəliklərin bəziləri hələ də müalıcə-profilaktika mərhələsini yaşayır. Fəqət mən ümidliyəm, çünki sağalmağa qurtulmağa şərait və səbəblər mövcuddur. Əsas odur ki, istək olsun.
Son zamanlar bəzi şəxslərin avtomobillərində gözə çarpma intensivliyi kosmik surətdə artan ‘’Press’’yazısı və DYP əməkdaşlarının canını boğazına yığan cibində saxta jurnalist vəsiqəsi gəzdirən yalançı jurnalıstər kimi xilası və qurtulmağı vacib olan məqamlardan birini də nəzərinizə çatdırmaq istərdim. Artıq, hətta taksilərdə belə mütamadi olaraq rastlaşdığımız “Press” yazısının mahiyyətini və təyinatını bilməyənlərə məlumat üçün deyək ki, bu yazıları üzərində gəzdirən avtomobillərin nəyisə sixmaq, əzmək, təzyiq vasitəsilə presləmək xüsusiyyəti olması haqda məqsəd işarəsi deyil. Maşın sahiblərinin qələm əhli olduğunu və mətbuatla sıx əməkdaşlıq etdiklərini nəzərə çatdırmaq ücündür.
Addımbaşı mətbuat mənasına gələn “Press’’ işarəsi və cibində müxbir vəsiqəsi gəzdirən insanları gördükcə qürur hissi keçirməmək mümkün deyil. Sən demə biz hamımız yazı-pozu sevən, yaradıcı Azərbaycan əhlinin böyük əksəriyyəti isə müxbir və jurnalıst imiş. Mətbuatın banisi Həsən bəy Zərdabiyə “Əkinçi’’ qəzeti vasitəsilə (yeri gəlmişkən qəzetin ilk nömrəsi 1875-ci il 22 iyulda işıq üzü görüb) Azərbaycana mətbuat mədəniyyətini gətirdiyi üçün Allah ona rəhmət eləsin, yəqin bu sahədə olacaq uğurlarımızı qabaqcadan hiss edirmiş.Bu saxta vəsiqə gəzdirən insanların özləri də bu, təkidlə aid olduqlarını bildirdikləri peşənin birbaşa mahiyyətini, hansı əqidəyə, məqsədə qulluq etdiyini anlamır, ya da onları nə vaxtsa ilham pərisinin ziyarət edəcəyini səbirsizliklə gözləyir və inanırlar. Çünki əksər hallarda bu insanlarin heç birinin Kütləvi İnformasiya Vasitələrindən anlayışı olmayan insanlardır. Bilmirəm bunlara necə jurnalist demək olar. Saxta sənədlər, vəsiqələr gəzdirməkləri bir yana, DYP əməktaşlarına da əsl meydan oxuyur, məsuliyyətdən yayınmaq üçün şantaj üsulu kimi istifadə edirlər. Həmin vəsiqələri onlar üçün 250-300 manat arası satan şəxsləri isə mövcud özbaşınalığa birbaşa ortaq olur və məsuliyyət daşıyırlar. Məgər istər saxta, istərsə də əsl qələm əhli olmaq qanunları pozmaq kimi üstünlük, mükəlləfiyyət hüququ verir, yoxsa əksinə. Bu insanlar cəmiyyətə neqativ halları tez aşkar edib kütləyə çatdıran aradan qaldırılmasına can atan, qərəzsiz, nümunəvi, maarifləndirici bir jurnalist olmalıdırlar. Jurnalist ali peşə olub cəmiyyətdə mayak rolunu oynamalıdır. Bu cür məsuliyətsiz yanaşmalar, jurnalist peşəsinin nüfuzdan düşməsinin də fəaliyyətinə kölgə salır, birmənalı şəkildə ğözdən düşür. Əslində cox gülünc bir vəziyyətdir, bu vəziyyəti digər peşələrə ani olaraq tətbiq etsək, məsələn hər kəsdə “həkim” vəsiqəsi var, bu nə dərəcədə realdır? Bir jurnalist və bu peşəyə yaxın bir insan olaraq qeyd etdiyim halları görüb eşitdikcə həmin şəxslərin yerinə utanc hissi keçirirəm. Peşəkar jurnalist adının ləkələndiyi üçün həqiqətən qəzəb və ikrah hissini boğmağa çətinlik çəkirəm. Məhz bu daxili narazılıq, DYP-əməkdaşlarının saysız-hesabsız iradları və mövcud peşəyə qarşı bəzi insanların sayəsində layiq münasibət məni bu mövzuya toxunmağa vadar etdi. Bəlkə də qarışıq məqamlara aydınlıq gətirib əvvəlki hörmət və nüfuzun bərpa olunmasına qisməndə olsa nail olaram deyə bir cəhd göstərirəm. Məncə bu halların təkrarlanmaması üçün KİV qanunlarına məxsus bir bənd əlavə olunmalı, həm saxta ‘’Press’’vəsiqələri paylayan, həm də gəzdirənləri hansı cəza gözləyəcəyi haqda sərt qərarlar verilməli, xəbərdarlıq edilməli, cərimələr tətbiq olunmalıdir. Bəlkə cəzalara yox, cərimələr bu insanları qoxudub bir addım geriyə çəkilməyə vadar edər.
“Press” nə deməkdir? Azərbaycan dilində bu cözün dəqiq təyinatı məhz “Mətbuat” sözü ilə müəyyən olunur. “Press” sözünün təqribi mənası nəyisə sixmaq və ya pressləyib formaya salmaq kimidir bunu mətbuatla nə əlaqəsi var? Məncə əlaqədar qurumlar bu kəlmə və ya ifadənin düzgün istifadə və təyinatını müəyyən etsələr, daha doğru düzgün işlənməsi üzərində düşünsələr daha məqsədə uyğun olar.
Gəldik bu vəziyyətin anlaşılmazlıq və hərc-mərcliyindən əziyyət çəkən DYP əməkdaşlarına. Çünki onların yol hərəkətini pozarkən “jurnalistəm” deyib şantaja məruz qalmqadan canları boğazlarına yiğılıb. Jurnalıst vəsiqəsi gəzdirmək qanun pozuntusundan azad etmir. “Mən müxbirəm” deyən şəxslərə mətbuatla əlaqəli bir sual versinlər, inandırım sizi, nəticə DYP işçiləri üçün çox ürəkaçan olacaq. Həqiqətən onların əziyyətləri yüngülləşəcək. Eləcə də heç kim risq edib xalqa xidmət edən dövlət məmurlarını şantaj etməyəcək. Təbii ki, biz yalnız vəziyyətdən çıxış yolu axtarır, məsləhət veririk. Ümid edirəm ki, bu işlərlə əlaqəli qurumlar vəziyyətə nəzarəti ğücləndirəcək və nə isə tədbir ğörəcəklər. “Press” yazılı iövhələr və jurnalist olduğunu təsdiq edən vəsiqələr məhz bu peşəyə aidiyyatı olan şəxslıərin vizit kartı olub onların şantaj aləti və üsulu yox cəmiyyətin çirkablarına qarşı silahına çevriləcək birbaşa təyinatı üçün istifadə olunaraq əks təqdirdə vay bizim halımıza. Unutmayın! Nüfuzu qorxu hissi ilə yox əməllə qazanmaq daha təqdirə layiqdir..
Elçin Əzəmmədov