azia.az
azia.az

Yalan ayaq tutar, amma yeriməz

15-10-2022, 12:13


Şəbnəm Uğurlu və Orxan Cəbrayıl haqqında kimlərinsə fitfasına gedənlər bilməlidir ki, Uğurlu ailəsi Laçının ən ziyalı ailələrindəndir. Bu  ailədən beş nəfər qızıl medal almış, Laçının qürur simalarından biri olmuşlar. Bu ailə əxlaqlı, namuslu, başqalarına nümunə ola biləcək ailələrdəndir. Hər kəs, haqqında yazdığı və sölədiyi adamı araşdırmalı, həqiqəti öyrənməli sonra bildiyini eləməlidir.  Kimlərinsə fitfası ilə şər-böhtan yazıb şərəfli alələri ləkələmək nə insanlığa, nə də qanunvericiliyə sığmır. Şəbnəm Uğurlu vətəninə el-obasına xidmət eləmək üçün çətinliyi, ağır həyat şəraitini seçdi. Çünki qəlbində təəsübkeşlik, vətən sevgisi var idi.  Laçının ən fəal , savadlı gənc ziyalısını belə iftira, şər-böhtanla ləkələməyi düşünənlər yanılırlar.  Buna həm Laçınımız, həm də dövlətin qanunları cavab verir və verəcək.  Orxan Cəbrayıl da elinə-obasına bağlı, savadlı, ziyalı həkimdir. O, da Laçın Obalarındakı xidmətin ağırlığını və məsuliyyətini dərk edərək regionda işləməyi özünə borc bilmiş və bu gün də işini şərəflə davam etdirməkdədir. Sosial şəbəkələrin dırnaqarası şərçil “qəhrəmanına” çevrilənlər həyatın o biri üzünü dəfələrlə dadsa da, yenidən dadmağa cəhd edirlər. Allah böyükdür yəqin ki, nizam tərəzisində hər şeyi nizamlayacaq. Klaviatura qəhrəmanları bir şeyi unudur, unudur ki, ədalət, qanun yoxdur. Onlar yanılırlar, ədalətdə var qanunlar da öz işini görür.  Şəbnəm Uğurlu haqqında nə isə demk istəyənin gərək ailəsində 5 dənə qızıl medal alan olsun. Özü əla qiymətlərlə universiteti bitirsin. Bunlar çooox təəssüf  ki, şər və böhtanı özlərinə həyt kredosu seçənlərdə yoxdur. Yenə də ziyanın yarısından qayıtmağı onlara məsləhət görür, haqqa və ədalətə çağırıram. Yoxsa....

 

SUBUT MEHDİYEV


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi