azia.az
azia.az

İki ölkəyə qarşı müharibə hazırlığı - Müttəfiqlər silahlanmağa başladı

4-09-2022, 13:38

İki ölkəyə qarşı müharibə hazırlığı - Müttəfiqlər silahlanmağa başladı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya və Çinlə daha yaxşı rəqabət aparmaq və müttəfiq ölkələrin ehtiyatlarını artırmaq üçün Amerika silahlarının satışını sürətləndirmək istəyir.

Bildirilir ki, bu barədə "The Wall Street Journal" yazır.

Pentaqon bu məqsədlə xarici ölkələrə milyardlarla dollar həcmində səmərəsiz silah satışını yoxlamaq üçün nazirliyin yüksək vəzifəli şəxslərindən ibarət "Pələng" komandası yaradıb.

Pentaqondan nəşrə bildirilib ki, komanda partnyorlara və müttəfiqlərə dron, döyüş texnikaları, helikopterlər və tanklar da daxil olmaqla müxtəlif silahların çatdırılmasını sürətləndirmək üçün optimal yollar axtaracaq.

Məsələn, yeni PUA-lar üçün sorğu göndərən ölkələrlə işləyəcək komanda həmin dövlətlərə məktubların daha yaxşı hazırlanmasına kömək edəcək, bu yöndə yaranmış maneələri aradan qaldıracaq və sair.

Məlumata görə, ABŞ-ın xaricə hərbi texnika satışı sistemi sülh dövrü üçün nəzərdə tutulub və Ukrayna kimi aktiv irimiqyaslı hərbi əməliyyatlar aparan ölkələr üçün uyğunlaşdırılmayıb.

Bu cür satışlarda əsas məqsəd ABŞ-ın milli təhlükəsizlik maraqları naminə onun tərəfdaşları və müttəfiqlərini hərbi cəhətdən gücləndirməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi