azia.az
azia.az

AZERCELL-DƏ 1 SANİYƏNİN QİYMƏTİ 19 QƏPİKDİR?!

Dünən, 23:30

AZERCELL-DƏ 1 SANİYƏNİN QİYMƏTİ 19 QƏPİKDİR?!

Azercell istifadəçisi Gəncə Dövlət Universitetinin müəllimi, texnika elmləri doktoru Elçin Cavadov "Od tutub yanan" tariflərdən yazdı. Yazını olduğu kimi dərc edirik.

Abunəçi qeyd edir ki, mən 30 ildən artıqdır Azercell abunəçisiyəm. Ailə üzvlərim də üç onillikdən artıqdır ki, bu şirkətin xidmətlərindən istifadə edir. Hazırda mənim 050 669 20 51 nömrəmlə yanaşı, Azercell-də daha iki nömrəm də var.

 Bu illər ərzində şirkətə güvənmişik, xidmətlərindən istifadə etmişik, ödənişlərimizi etmişik. Amma son hadisə göstərir ki, müştərinin etimadının nə dərəcədə qorunduğu barədə ciddi suallar verməyin vaxtı çatıb.

  29 avqust 2026-cı il, saat 19:46.

 Yoxlama üçün 050 669 20 51 nömrəmdən 055 867 25 34 nömrəsinə zəng etdim. Qarşı tərəf telefonu açdı. Cəmi 1 saniyə sonra əlaqə naməlum şəkildə kəsildi. Danışmağa belə imkan olmadı. Amma paket yox, əlavə balansımdan 19 qəpik tutuldu.

 Bəli, 1 saniyəyə 19 qəpik! Bunun ardınca yenidən zəng etdim. Bu dəfə isə danışıq haqqının 1 dəqiqəyə 19 qəpik hesablandığını gördüm.

 İndi Azercell-ə sual verirəm: Bu 19 qəpik haradan çıxdı?

Azercell-in öz saytında isə tamam başqa rəqəm göstərilir

 Azercell-in rəsmi “Sadə” tarif səhifəsində şəbəkəxarici zənglərin 0,06 AZN/dəqiqə olduğu, tarif müddəti başa çatdıqdan sonra isə 0,08 AZN/dəqiqə hesablandığı açıq şəkildə yazılıb. Həmin səhifədə zənglər üzrə hesablama intervalının 1 dəqiqə olduğu da göstərilir.

  Həmin tarif üzrə “Sadə 8” paketinin 30 günlük müddəti, 500 ölkədaxili danışıq dəqiqəsi, 500 SMS və 1 GB internet təqdim etdiyi də qeyd olunur.

Abunəçi bildirir ki, Azercell “Sadə” tarifinin şərtlərində 6 qəpik yazıldığı halda mənim balansımdan niyə 19 qəpik çıxılıb? 

Əgər paketim bitməyibsə, tutulmuş 19 qəpiyin məqsədi nədir? Əgər yeni tarif tətbiq olunubsa, niyə Azercell-in öz rəsmi tarif səhifəsində başqa qiymət göstərilir?

Bu, bütün abonentlərə tətbiq olunan yeni hesablaşma qaydasıdırsa, Azercell nə vaxt və hansı formada bütün müştərilərini bu barədə məlumatlandırıb?

Bir saniyəlik zəngə 19 qəpik — izah tələb edən absurdluq

Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi