Ukrayna gəmisi Türkiyədə qəzaya uğradı
![]()
Ukraynadan İtaliyaya üzən “Lady Zehma” quru yük gəmisi Türkiyədə qəzaya uğrayıb.
Azia.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, 3 min ton qarğıdalı ilə üzən gəmi İstanbulun Bebek səmti yaxınlığında Bosfor boğazından keçərkən sahilə çıxıb. Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə yerinə 4 yedək gəmisi, eləcə də xilasetmə qayıqları göndərilib.