azia.az
azia.az

“Azərkosmos” gömrük qaydalarını pozub - CƏRİMƏLƏNİR

27-08-2022, 08:10

“Azərkosmos” gömrük qaydalarını pozub - CƏRİMƏLƏNİR
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” Publik Hüquqi Şəxs barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Xəbər verilir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi