azia.az
azia.az

Gömrük Komitəsi "Azərquşçuluq" şirkətini cərimələdi

13-05-2022, 08:05


"Azərquşçuluq" MMC-yə cərimə protokolu yazılıb.

Gömrük Komitəsi "Azərquşçuluq" şirkətini cərimələdi

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi ilə inzibati protokol tərtib edilib.



Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.



İddia hakim Sevinc Quliyevanın icraatına verilib.



Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi