AZAL gömrük qanunvericiliyini pozub - İŞ MƏHKƏMƏDƏDİR
"Azərbaycan Hava Yolları" QSC (AZAL) cərimələnib.
Şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Belə ki, AZALA İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Müddəaya əsasən, şirkət rəhbərliyi ölkəyə gətirdiyi malın bəyannaməsini təqdim etməyib.
Məhkəmə protokolu təmin edəcəyi təqdirdə, AZAL-ı 1500 manatadək cərimə gözləyir.
Mənbə:My Webpage