azia.az
azia.az

Keçmiş deputatdan çaypulu aldılar: Etiraz etdi

16-08-2022, 11:10

Keçmiş deputatdan çaypulu aldılar: Etiraz etdi
Sabiq deputat, jurnalist Etibar Hüseynov 2 çaynik çaya görə 33 manat pul ödəməli olub.

NOCOMMENT-in məlumatına görə, eks-deputat olay barədə özünün feysbuk səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, E.Hüseynovu dostu ilə Atatürk parkındakı çayxanaya getməyə peşman ediblər.



“Dünən bir dostumla “Gənclik”dəki Atatürk parkında çay içməli olduq. Sonunda 2 çay və 1 ləbləbiyə (dostum diabet olduğuna görə gətirilən mürəbbəni ləbləbi ilə dəyişməyi xahiş etdi – əksər yerlərdə verilən standart qabda olan adi ləbləbi idi) 33 manant pul aldılar. Çek-filan da istəməsən gətirmirlər. Dediyim ondadır ki, bu hal hələ ölkəyə turist axını 0 səviyyəsində olan bir vaxtda baş verir; gör indi turist bol olarsa, nə qiymətlər olar?”, – deyə sabiq deputat etirazını ifadə edib.

E.Hüseynov deyib ki, qiymətlərin belə yüksək olma səbəbini çay evinin administratorundan soruşub və tutarlı cavab ala bilməyib: “Dedi ki, belədir də”.

O, ölkənin ticarət sektorunda bir özbaşınalıq hökm sürdüyünü vurğulayıb: “Kim nəyi neçəyə istəyir satır. Heç bir qorxacaq-çəkinəcək ünvanları da yox. Bax ona görə də qısa vaxtda yenicə vüsət almış turist axınının axırına çıxdılar”.



Keçmiş deputatdan çaypulu aldılar: Etiraz etdi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi