“İki çaya 33 manat aldılar, turist gələr?” – Sabiq deputatdan ETİRAZ
![]()
Sabiq deputat Etibar Hüseynov qiymətlərdən narazılıq edib.
O, dostu ilə "Gənclik"dəki "Atatürk" parkında çay içdiyini və qarşılığında 33 manat ödəməli olduqlarını deyib:
“2 çay və 1 ləbləbiyə bu qədər pul aldılar. İstəməsən, çek də gətirmirlər. Bu hal hələ ölkəyə turist axını sıfır səviyyəsində olan bir vaxtda baş verir. Turist bol olarsa, nə qiymətlər olacaq?”.
![]()
E.Hüseynov qeyd edib ki, ölkənin ticarət sektorund özbaşınalıq hökm sürür:
“Kim nəyi, neçəyə istəyir satır. Heç bir qorxacaq, çəkinəcək ünvanları da yoxdur. Ona görə də qısa zamanda yenicə vüsət almış turist axınının axırına çıxdılar”.
Mənbə:My Webpage