"Baku Electronics" vətəndaşın BAŞINA BELƏ OYUN AÇDI... - AĞLASIĞMAZ OLAY
"Şikayətim "Baku Electronics"dəndir!" DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Orxan Əliyev adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "4 ildən çoxdur ki, bu şirkəti öz işlədiyim bankın kartlı müştərilərinə tövsiyyə edirəm. İki dəfə bu şirkətə özüm üz tutdum.
İlk dəfəsində məhsulu seçdim baxdıq,hər şeyi işlək və aldım. Bonus kartı təkıif etdilər,razılaşdım. Dedilər hazır olsun xəbər edəcəyik karta görə.Məhsulda heç bir qüsur yox idi.
4 ay keçdi zəng gəldi,xanım bildirdi ki kartınız hazırdır gedib götürə bilərsiz???? Gülərək cavab verdim ki, gecikmisiniz,ehtiyac yoxdur. Nəysə..
2-ci dəfə isə 05.08 tatixində Neftçilər filialına getdim. Ev telefonu Gigaset bəyəndim. Satıcınız olan Hacı bəyə sual verdim. Məhsulun nə kimi minus cəhətləri var. Hər şeyi əladır bəy dedi. Tamam,alaq bunu dedim. Məhsuldan yoxdur,yalnız vitrin verə bilərəm bildirdi. Dedim nəsə bax minusu varmı? Arxayın olun müəllim heçnə yoxdur. Qalxın ikinci mərtəbəyə ödəniş edin yaxınlaşın. Qalxdım və məbləği kartla ödədim. Aşağı gələndə gəlin məhsulu yoxlayaq indi dedi. Yoxlayanda gördü ki, məhsulun arxa qapağı bağlanmır. Müəllim,belədir onsuzda arxada qalırda,götürün getsin . Təbiiki razılaşmadım,yuxarı qalxdım qaytarılmaya. Mənə karta pulu geri qaytaracaqlarına söz verdilər.
Filial müdirini çağırın dedim,müavin gəldi. Adamın üstündə Allah var bəy təmkinli idi.
Şikayətimi bildirəndə,dedi ki biz də prosedur belədir. Ödəyirsən sonra məhsula baxırsan. Dedim dünyanın heç bir yerində belə bir prosedur yoxdur. Müəllim gözləyin məsələni həll edək və s. Dedim heçnə ehtiyac yoxdur. Fərz edin ki, bu son pulum idi. Pulu amma mənə qaytara bilmirsiniz.
Məhsulu almadım,baxa da bilmədim ara yerdə pul ödədim. Ödənişim hələ də qayıtmayıb. Rəsmi olaraq bir üzrxahlıq da əldə etməmişəm. Bu nə yanaşmadır ay şirkət ?Mənim həm zamanım getdi,həm pulum,həmçinin də məhsulsuz qaldım".
Dia.az-dan qeyd: Şikayəti olduğu kimi təqdim etdik, qrammatik səhvlərinə müdaxilə etmədən...
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...