azia.az
azia.az

"Baku Electronics"in QIZIL ZƏMANƏTİ... FIS ÇIXDI

12-05-2022, 09:10

"Baku Electronics"in QIZIL ZƏMANƏTİ... FIS ÇIXDI
"Baku Electronics"lə bağlı şikayətlər durmadan artsa da, sözügedən şirkətin müşahidə olunan narazılıqlara reaksiyasızlığı da diqqət çəkicidir. Hər halda fakt budur. Dəfələrlə "Baku Electronics"lə bağlı vətəndaş şikayətlərin rəsmi qurumlara da ünvanlanmasına baxmayaraq, dövlətin də rəsmən susması "Baku Electronics" rəhbərliyinə qol-qanad verməkdədir. Bunun başqa adı yoxdur...

Biz isə öz növbəmizdə növbəti vətəndaş şikayətini təqdim edirik. Beləliklə...

"Baku Electronics"in QIZIL ZƏMANƏTİ... FIS ÇIXDI
"Şikayətim "Baku Electronics"ə aid "Samsung Servis Bakuelektroniks" mərkəzindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda Xəyalə Səfərli adlı istifadəçi yazır.

Daha sonra narazı vətəndaş bildirir: "Demək 6 ay əvvəl, "Bakuelectroniks"dən qızıl zəmanətlə aldığım planşet 2 aydır onlardadır. "Ölüsündən", "dirisindən" xəbər yoxdur. "143" çağrı mərkəzinə zəng edirəm, əri ilə, sevgilisi ilə problemləri olan nə qədər qadın-qız varsa yığıblar ora.... Bütün aqresivlikləriylə hamını təhqir edə-edə üzlərinə "adboy" verirlər. Gördüyünüz işdən maaş alırsınız... heç olmasa normal da xidmət göstərin də.. Bu ölkədə bir normal xidməti olan şirkət olmadı ki..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi