“Meqa Sığorta” ASC-nin XIRDA OYUNBAZLIĞI - GİLEY
"Şikayətim “Meqa Sığorta” ASC şirkətindəndir. Deməli mən 31 mart tarixində şengen ərazisinə uçuşum var idi. Bunun üçün səyahət sığortasını və covid 19 sığortasını bu şirkətdən aldım. Almaz olaydım..." Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sübhan Həsənli adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "06 aprel tarixində ölkəyə qayıdarkən, İstanbul aeroportunda şengen ərazisində verdiyim testin cavabı emailə gəldi. Cavab pozitiv idi. Mən dərhal məlumat verdim asisstent dedikləri şirkətə. Asisstent şirkət mənə bildirdi ki, çekləri saxla biz ödəcəyik. Sual verdim ki, bəs mən hansı xəstəxanaya gedim? Cavab olmadı. Aeroportda deyilən xəstəxanaya (İstanbul Bağcılar Şafak xəstəxanası) getdim. Mənə deyildi ki, 2 günə mən 600 USD ödəniş etməliyəm. Təbii ki həmin anda assistent şirkətin cavab verməməsi və çıxılmaz vəziyyətdə məcbur qalıb razı oldum. Ödənişi etdim və çek aldım. Palatada gördüm ki, şərait pis vəziyyətdədir. Qalınası yer deyil. Aşağıdan ödənişi geri istədim. 50 EUR aeroport xərcini çıxıb (550 EUR aldılar 600 USD əvəzinə) 500 qaytardılar mənə. Mən isə günü 36 EUR olan bir hoteldə 6 gün qalıb testlərimi verib (2 dəfə) neqativ aldım. Hava limanında isə, yenidən bilet üçün ödəniş edib ödənişi bilet alıb ölkəyə gəldim. Komediya isə bundan sonra başladı. Bİr neçə gün ərizində zəng etdilər. Məndə 550 EUR çek olmasına baxmayaraq mən dürüst formada dedim ki, belə olmayıb. Xərcləri sadaladım. Dedilər ki, araşdırırıq guya. Araşdırıb cavab dedilər ki, müqavilədə var ki, səfər xərcləri ödənilmir, hotel ödənilmir ancaq xəstəxanaya veririk. Onu da dedilər ki, 50 EUR vermisiz onu veririk. Ordan da 40 dollar nəyəsə çıxılır. Nəticə etibarıla, 24 AZN ödəniş verilir. Halbuki müqavilədə var ki, asisstent şirkət guya müalicəyə nəzarət edir, dərhal maraqlanır. Bir həftədə 1 dəfə mənə yazmayıblar. Dedikləri səfər xərci ödənilmir isə, tamamilə qanunsuzdur. Müqavilədə dedikləri səfər məsələn siz xaricdə olursunuz, orda covid tutursunuz sağalıb gələndə sizə bileti vermirlər. Çünki, siz onsuzda qayıdası idiz də. Amma birdə var ki, mən artıq qayıdıram və hava limanında sırf bu məsələyə görə buraxılmıram və ziyana düşürəm. Sığorta isə, bunu qarşılaşmır..."
Sübhan Həsənlinin problemi bununla da bitmir. Narazı vətəndaşın gileyinin davamını təqdim edir: "İzahat istədim, dedilər ki, yazılı müraciət edin. Yəni izahat da yoxdur. Konkret biabırçı hərəkət. Dürüst olma, yalandan denən ki qalmışam və 550 EUR al deməkdir bu. Dedim siz də biləsiniz ki, ölkədə bu cür dürüst olmayan, qanundan başı çıxmayan və vətəndaşları yanıldan bir şirkət fəaliyyət göstərir. Mən yandım, siz yanmayın. Bu barədə bütün aidiyyatı qurumlara və əlbəttə məhkıməyə müraciət edəcəm. Bu sığortadan əl çəkmək fikrim yoxdur. Yəni ki, əl qərəz boşuna pul verirsən sığortaya və heç verdiyin 40 manatı da qaytarmaq istəmir. Biabırçılıq..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage