"Nurgün Motors" da cərimələndi-SƏBƏB
"Nurgün Motors" MMC-yə cərimə protokolu yazılıb.
Məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Kamal Məmmədov