azia.az
azia.az

"Uşaqlar arasında yeni hepatit yayılıb" — Həkimdən AÇIQLAMA

22-07-2022, 14:14

"Uşaqlar arasında yeni hepatit yayılıb" — Həkimdən AÇIQLAMA
COVID-19 və meymunçiçəyi dərdimiz azmış kimi indi də uşaqlar arasında hepatit xəstəliyi yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti çox diqqətlə izləyir. Həmin virus nəticəsində yüzlərlə uşaqda qaraciyər transplantasiyasına ehtiyac yaranıb. Qurumdan bildirilir ki, ümumilikdə 35 ölkədə azyaşlı uşaqlarda səbəbi açıqlanmayan kəskin hepatit və ya qaraciyər iltihabının 1000-dən çox halı qeydə alınıb. 22 uşaq isə həyatını itirib. Bunların təxminən yarısı Avropada aşkarlanıb. Naməlum hepatit hələlik ölkəmizə ayaq açmasa da, bu xəbər hər kəsdə narahatlıq yaradıb. Terapevt-hepatoloq Könül Mahmudova Demokrat.az saytına müsahibəsində qeyd etdi ki, söhbət hepatit c-dən getmir.

“Burada hepatit virusu deyəndə ilk növbədə hepatit c-b ağıla gəlir. Amma burda isə bizim danışdığımız virus adenavirusdu. Əsasən, bu fikal-oral yolla, yəni xəstə uşağın qab qaşığından, və yaxudda xəstə uşağin əşyalarina digər sağlam uşaq təmas edərsə. Əgər uşaq öskürərsə, asqırarsa, onun tüpürcəkləri ağızdan çıxan ətrafa yayılıb digər uşaqlara fikal oral yolla ötürülə bilər.

Bəs virusun əlamətləri nələrdir?

“Hardasa 60 faiz hallarda uşaqlarda qarında ağrı və ishal müşahidə olunur. Gün ərzində həmin ishalın sayı hardasa 4, 5, 6, bəzən 8-ə qədər qalxa bilər. Valideyn bu zaman çox diqqətli olmalıdır. Görmüşük ki, hepatit xəstələrində ilk növbədə dəri səthində gözlərində saraltı baş verir. Bu mərhələdə biz bunu görməyə bilərik. Birinci distepsik əlamətlər iştahsızlıq, yeməkdən imtina, daha çox zəiflik, qarıngetmə, qarında ağrıların olmasıdır. Bu zaman valideyn bu virusdan şübhələnib, mütləq şəkildə uşağı həkimə götürməlidir.”

Burada ən önəmli məsələ uşaqları virusa yoluxmaqdan qorumaqdır. Bunu isə müxtəlif yollarla etmək mümkündür.

“Mümkün qədər uşaqlarımızı təbii qidalandırmalıyıq. Mümkün qədər günəş işığının altında olması, D vitaminin bədəndə depolaşmasına səbəb olur. Bu da immun sistemin daha da güclənməsinə səbəb olur. Bağırsaq infeksiyalarından ehtiyat etmək lazımdır. Əgər paket yemək alırıqsa, mütləq nəinki onun üzərində saxlamaq müddəti var, onun necə saxlanıldığına baxmaq lazımdır. Çünki bağırsaq xəstəlikləri uşaqda immun sistemin kəskin düşməsinə səbəb olur. Əsas odur ki, ev yeməklərindən meyvə tərəvəzdən istifadə olunursa o uşaq adonevirusa qarşı daha müqavimətli olacaq.”
Viruslardan qorunmaq üçün gigiyenik qaydalara riayət etmək də vacibdir. Əllərin düzgün yuyulması və tənəffüs yollarının gigiyenasına diqqət edilməlidir. Nəzərə alsaq ki, azyaşlılar bunun əhəmiyyətini dərk etmir. Buna görə görə də məsuliyyət valideynin üzərinə düşür.

Gülçin Qorxmaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi