“Ümumilikdə, qaçqın və məcburi köçkünlərlə böyük bir dərdi var bunun. Neçə gündür baxıram və görünən budur ki, adam ancaq qardaşlar arasında ara vurmağa və vətəndaş qarşıdurmasına səbəb olmağa çalışır. Və müəyyən qədər nail olub da! Mütləq ölçü götürülməlidir, ümumiyyətlə bu fikirdə olan və harada işlədiyi bizə məlum olmayanlar barədə! Kim kimin evinə girib, çıxmır, nə bilim nə qanun pozur — bu haqda çox şükür ki, məsuliyyətli və aidiyyəti orqanlarımız var. Və qanuni addım atırlar necə lazımdır. Hüquqi və qanunları olan dövlətdə yaşayırıq. Hansısa bir “jurnalistə”mi qalıb qanun tətbiq etmək və ya ədalət qurmaq?! Və ya 1, 3, 5 nəfər arsız-abırsıza görə Qarabağ kimi böyük bir mahalın insanlarını aşağılamaq, 5-10 nəfər şərəfsizə söydürmək?! Nə istəyirlər biz köçkünlərdən o bəzi ağzıgöyçəklər? Mən və biz bilmək istəyirik şəxsən! Biz qaçqın və məcburi köçkünlər başqa ölkədənmi qaçıb gəlmişik? Niyə bitmir bu murdar ayrı-seçkilik və qarşıdurma?!”.