azia.az
azia.az

Bədəndə çox duz yığıldığını göstərən 5 ƏLAMƏT

4-07-2022, 20:56

Bədəndə çox duz yığıldığını göstərən 5 ƏLAMƏTMüasir insan hər gün normadan 3-4 dəfə artıq, yəni 10-15 qr duz qəbul edir. Duz isə 40% natriumdan ibarətdir. Çox miqdarda bu element orqanizm üçün zərərlidir.

Xəbər verilir ki, artıq natrium əzələ, toxuma, oynaq və damarlarda toplaşaraq, kirəclənmə yaradır. Bu da öz növbəsində insanın xarici görünüşünə, səhhətinə təsir edir.

Bədəndə, hətta daxili orqanlarda duz yığılmasını göstərən əlamətlər:

- Daim susuzluq, yanğı hissi

Toxumalarda duz çox olanda, maye çatışmazlığı yaşanır. Bu da susuzluq hissini artırır ki, insan su içsin.

- Ayaqların və üzün şişməsi, ödem

Orqanizmdə duz nə qədər çoxdursa, artıq maye bir o qədər çox toplanır. Axşamlar ayaqlar şişir, səhər isə üz.

- Böyük, şişmiş qarın

- Bədəndə maye toplanması, qarının köpməsinə səbəb olur. Duz əzələ bağlarını dartır, uzadır, zəiflədir.

- Baş ağrısı, baş gicəllənmə

Duz aktiv olaraq bədəndəki mayeyə hoparaq, damarları genişləndirir. Bu da baş ağrısının səbəbidir.

- Yüksək təzyiq, ürəkdə problemlər, nəbzin yüksəlməsi

Duz artıqlığı qanı qatılaşdırır, çünki bədəndə daim su defisiti var. Qan qatılaşanda təzyiq yüksəlir, nəbz artır. Bu da ürəyin yükünü artırır, aritmiya, taxikardiya, infarkt yarana bilir.

Əgər bu əlamətlərdən bir neçəsi sizdə varsa, duz qəbulunu azaldın, ümumiyyətlə, yeməklərə duz vurmayın, duzlu qidalar, souslar və s. yeməyin.


Xüsusi dərmanlarla bədəndə yığılmış duzları çıxarmaq olur, bu dərmanları həkim təyin etməlidir.

Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi