İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir – Kişi və qadınlar üçün
Heç kimə sirr deyil ki, qadın, kişi orqanizmində baş verən hormonal, cinsi, uroloji, ginekoloji problemlərin çoxu uzun müddət normal intim əlaqə və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlanır.
Azia.az bildirir ki, Medicina.az həyatında nəinki həftələr, hətta aylar, illərlə seks olmayan insan, xüsusən qadınların orqanizmində hansı problemlərə yol açdığını araşdırıb.
İMMUNİTET ZƏİFLƏYİR
Doktor Kori Honikman hesab edir ki, müntəzəm olaraq keyfiyyətli intim həyatı olan insanların immuniteti 43 faiz daha yüksək olur. İmmun sistem xüsusən əvvəllər normal intim münasibəti olan sonradan azalan insanlarda bu əskikliyə mənfi reaksiya verir.
STRESS HORMONLARI ARTIR
Seks xoşbəxtlik hormonu olan serotoninin sintezi üçün fabric rolunu oynayır. Britaniya universitetinin araşdırmaları göstərib ki, müntəzəm intim münasibətdə olanlar stress vəziyyətlərini asanlıqla aşır. İntim əlaqəsi heç olmayanlar isə stresə qarşı davamsız olur.
EREKTİL DİSFUNKSİYA BAŞLAYIR
Erkən boşalma və erektil disfunksiya müntəzəm və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlana bilir.
LİBİD AZALIR
Doktor Honikman qeyd edir ki, uzun müddət intim əlaqədən uzaq duran insanlarda orqanizm bu hala öyrəşir və libidi azaldır.
PROSTAT XƏRÇƏNGİ RİSKİ ARTIR
Prostat xərçəngi pasiyentləri üzərində aparılmış araşdırma göstərib ki, uzun müddət seksdə fasilə kişilərdə prostatit və xərçəngə yoluxmaq riskini 35% artırır.
İNSANIN ÖZÜNƏ GÜVƏNİ İTİR
Bu xəbərləri də oxumaq üçün şəkillərin üstünə və yazıya tıklayın:
Seksdən uzaq olan insan özünü az cəlbedici hesab edir, işdə, şəxsi həyatda özünə güvənmir. Hesab olunur ki, sperm təbiətən antidepressantdır. Onun çatışmazlığı əhval pozğunluğu, depressiya yaradır. Bu intim münasibətdə qoruyuculardan istifadə edənlərə də aiddir.
QADINLARDA VAGİNA ZƏİFLƏYİR, GİNEKOLOJİ XƏSTƏLİKLƏR ÇOXALIR
Seks qadınlar üçün Keqel əzələsinin məşqi deməkdir. Uzun müddət əlaqəsiz qalmaq, aşağı çanaq orqanlarında qan durğunluğuna, adneksit və mastopatiya kimi xəstəliklərə yol açır.
HORMONAL DİSBALANS
Həm kişi, həm də qadınlarda demək olar bütün orqanların işini pozan hormonal disbalans baş verir. Qadınlarda kişi hormonlarının sayı artır, qadın tez qocalır. Kişilərdə isə əksinə kişi hormonları azalır, onlarda tüksüzləşmə, kökəlmə, bədənin piylənməsi başlayır. Seks yoxdursa, vaxtından əvvəl qocalmaya hazır olun.
Intim münasibəti olmayan kişilərdə kişi hormonlarının həddən artıq aktişləşməsi səbəbindən aqressiya baş qaldırır, beynində təşvişli fikirlər çoxalır. Yuxu pozulur, xroniki ağrılar baş qaldırır, içkiyə meyl yaranır.