Məktəbdə BİABIRÇILIQ! - Müəllim oğlan şagirdləri ilə intim münasibətdə olubmuş (FOTO)
ABŞ-da məhkəmə məktəb xoruna rəhbərlik edən, azyaşlı şagirdi aldadan və onunla cinsi əlaqədə olan müəlliməni həbsxanaya göndərib.
Milli.Az bildirir ki, bu barədə WDKY-TV məlumat yayıb.
Kentukki ştatının La Qreync şəhərindən olan 38 yaşlı Heyli Rid 2018-ci il iyunun 7-də həbs edilib. O zaman ittiham tərəfi iddia edirdi ki, evli musiqi müəllimi o zaman 18 yaşı tamam olmamış şagird ilə qeyri-münasib münasibətə girib. Rid etiraf etdi ki, o, 2018-ci ilin aprel ayından iyun ayına qədər dərsdən sonra onunla qalıb və ən azı səkkiz dəfə şagirdlə cinsi əlaqədə olub.
Məhkəmə dörd il davam etdi. 2022-ci ilin mart ayında Rid 18 yaşından kiçik bir şəxslə cinsi əlaqədə olduğunu, günahını etiraf etdi. İyunun 23-də məhkəmə qadını təqsirli bilib, beş il həbs cəzası verib.
Rid şərti azadlığa çıxa bilməyəcək, cinsi cinayətlər törətmiş şəxslər üçün müalicəni keçəcək və ömürlük cinsi cinayətkarların reyestrinə daxil ediləcək.