azia.az
azia.az

Səhər yeməyi üçün ideal saat - Nələr yeməliyik?

28-05-2022, 16:09

İnsanlar xüsusən işləyən şəxslər mütləq səhər yeməyi yeməlidir. Çünki orqanizmdə maddələr mübadiləsi ilk səhər başlayır.
Səhər yeməyi üçün ideal saat - Nələr yeməliyik?
Xəbər verilir ki, dietoloq Yelena Solomatina səhər yeməyi üçün ən ideal saatı və müddəti açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, oyandıqdan sonra müəyyən zaman aralığını gözləmək lazımdır.
Yuxudan qalxan kimi mətbəxə keçmək olmaz.

“Yaxşı olar ki, oyanandan 30-40 dəqiqə sonra qida qəbuluna başlansın. Ən uyğun müddət budur.
Tələsənlər ayaqüstü nəsə atışdırır. Bu düzgün deyil. Səhər yeməyində tam taxıl, pendir, yağ, sıyıqlar olmalıdır. Mütləq zülal yeməlisiz, ən sadəsi yumurta.


İdeal saat 7-dən 9-a kimidir. Ondan sonra artıq səhər yeməyi sayılmır. Saat 9-a qədər boş mədə şirə ilə dolur, öd qatılaşır.
Səhərlər kolbasa, sosis buterbrodu yox, toyuq, balıq, hətta kotletli buterbrod yeyə bilərsiniz. Uşaqlar da 9-a kimi səhər yeməyini bitirməlidir”.
Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi