azia.az
azia.az

Xəzər rayonunda gənclər arasında bilik yarış keçirildi

9-05-2019, 08:02

Xəzər rayonunda gənclər arasında bilik yarış keçirildi
Xəzər Rayon Gənclər və İdman İdarəsi,İrəli İctimai Birliyi və AMEA Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə gənclər arasında bilik yarışı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə gənclər arasında “Axtar tap” intellektual oyunu keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov gənclərə göstərilən diqqət və qayğı barədə danışıb. Bildirib ki, dövlət gənclər siyasəti bu gün Respublikamızda uğurla həyata keçirilir. Bu gün respublikada gənclərin məşğulluğunun təmin edilməsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.
Ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından söz açıb.
Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran alim ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəis müvini Rəşad Rəhimov ulu öndərin keçdiyi mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən söz açdı. Bu kimi intelektual oyunların təşkil olunmasının ölkəmizin istedadlı gənclərin bilik bacaraıqlarının nümayiş olunmasına stimul verdiyini vurğuladı.
Sonra gənclər institut ərazisinin müxtəlif yerlərində hazırlanan suallara cavab taparaq birincilik uğrunda mübarizə aparıblar.
Qalib komandalara Xəzər Rayon Gənclər və İdman İdarəsi, İrəli İctimai Birliyi tərəfindən kubok, digər komandalara və komanda üzvlərinə diplom, fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, oyunda 22 məktəbin şagirdlərindən ibarət 22 komanda iştirak edib.

AMEA Dendrologiya İnstitunun məlumatı
Xəzər rayonunda gənclər arasında bilik yarış keçirildi
Xəzər rayonunda gənclər arasında bilik yarış keçirildi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi