azia.az
azia.az

Rüşvət alan şirkət direktoru məhkəmədən qaçdı

29-03-2022, 07:34


Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru məhkəmədən qaçıb.
Rüşvət alan şirkət direktoru məhkəmədən qaçdı
Azia.az xəbər verir ki, “Kriminalqafqaz”ın məlumatına görə, “Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərov 2020-ci ilin aprelində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

O, karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması üçün və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu şirkətin adından pul müqabilində saxta arayışlar verib.

Direktorun barəsində başlanılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. O, son iki məhkəmə prosesinə gəlməyib.

Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün icraat dayandırılıb və o, axtarışa verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi