azia.az
azia.az

Xankəndidə mülki ermənilərə zorla silah və hərbi forma paylayırlar

28-03-2022, 08:25

Xankəndidə mülki ermənilərə zorla silah və hərbi forma paylayırlar
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında narazılıq artıb. Xəbər verilir ki, şəxsi heyət çatışmadığından günlərlə postlarda növbə çəkən yerli könüllülər ailələrini uzun müddət görmədikləri üçün etiraz edirlər.
Xankəndidəki mənbələrdən verilən məlumata görə bu narazılığın qarşısını almaq və xəstələrin yerini doldurmaq məqsədilə separatçı rejim yeniyetmə və yaşlılara forma geyindirərək onları postlarda durmağa məcbur edir. Bu göstərişə tabe olmaq istəməyənlər təqiblərə və təhqirlərə məruz qalır. Mənbənin dediyinə görə Əsgəran istiqamətində postlarda və qeyri-qanuni erməni silahlı dəstələrin sığınacaqlarındakı acınacaqlı şərait səbəbindən xəstələnənlərin də sayı artıb.(trend)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi