azia.az
azia.az

Bu şəxslər cəzalandırılacaq - VİDEO

13-03-2022, 08:09


Dövlət xəstəxanalarında icbari tibbi sığortası olduğu təqdirdə vətəndaşlardan pul tələb edən səhiyyə əməkdaşları, inzibati işçilər və hətta xəstəxana rəhbərləri ilə bağlı ciddi statistika qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə cəza tədbirləri də görülüb.
Bu şəxslər cəzalandırılacaq - VİDEO
Azia.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə "Xəbər Ertəsi"nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin Koordinatoru Pərvin Baxşəliyeva bildirib.

Qurum rəsmisi deyib ki, vətəndaşlar xəstəxanalarda hər hansı neqativ hallarla qarşılaşırsa mütləq Agentliyə müraciət etsinlər.

Pərvin Baxşəliyeva həmçinin bildirib ki, icibari tibbi sığortası olan şəxslərin stasisonar müalicələri zamanı onların bütün dərman preparatları da pulsuz qarşılanmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi