azia.az
azia.az

İtaliyanın tanınmış dizayn şirkəti azərbaycanlı rəssamla çalışacaq FOTO

12-03-2022, 17:24

İtaliyanın tanınmış dizayn şirkəti azərbaycanlı rəssamla çalışacaq FOTO
Ötən həftə "Favole" adlanan ilk fərdi sərgisi ilə diqqət cəlb edən gənc rəssam Afsana Habib tanınmış İtalya dizayn şirəti ilə birlikdə çalışacaq.

Trend xəbər verir ki, rəssam mətbuata açıqlamasında şirkətin adını gizli saxladığını, yaxın zamanlarda hər iki ölkənin mediasında bu barədə məlumat verəcəyini qeyd edib: “Bundan sonra əl işlərimi İtaliyanın tanınmış və məşhur bir dizayn şirkətində görəcəksiniz. Hansı ki, bu şirkət beynəlxalq standartlara uyğun işlər hazırlayır. Dünyaya çıxarılan bu dizaynlarda azərbaycanlı rəssamın da imzası olacaq. Bunun üçün sevincliyəm”.

Qeyd edək ki, gənc rəssam Afsana Habibin ötən həftə Muzey Mərkəzi Sərgi Qalereyasında bir həftə ziyarətçilərin üzünə açıq olan sərgi bu gün də müzakirə obyektidir. Belə ki, 62 rəsm əsərinin daxil olduğu sərgi "Venesiya karnavalı" təəssüratı bağışlayıb. Sərgidə ziyalılar, tanınmış sənət adamları, incənət nümayəndələri, Xalq rəssamları iştirak edib.

Eyni zamanda, gənc rəssamın bir çox şəhərlərdə sərgiləri baş tutub, həmçinin o, beynəlxalq müsabiqələr iştirakçısı və qalibidir.
İtaliyanın tanınmış dizayn şirkəti azərbaycanlı rəssamla çalışacaq FOTO
İtaliyanın tanınmış dizayn şirkəti azərbaycanlı rəssamla çalışacaq FOTO
İtaliyanın tanınmış dizayn şirkəti azərbaycanlı rəssamla çalışacaq FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi