azia.az
azia.az

Milli Məclisin deputatı kliniki ölüm keçirib – AÇIQLAMA

6-03-2022, 08:55


Milli Məclisin deputatı Fəzail Ağamalı iki ay əvvəl ürəyindən əməliyyat olunarkən kliniki ölüm keçirib.

Milli Məclisin deputatı kliniki ölüm keçirib – AÇIQLAMA

Xəbərə görə, F.Ağamalı bu barədə REAL TV-nin “Göstərir radio” verilişində bildirib.



“Mən 55 yaşınadək dərman içməmişəm. Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm. Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər...” – deputat qeyd edib.



Leyla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi