azia.az
azia.az

Son çıxışına görə tənqid olunan Qüdsi Osmanov: - “Kimsə özünü öldürsə də...”

5-03-2022, 20:27

Son çıxışına görə tənqid olunan Qüdsi Osmanov: - “Kimsə özünü öldürsə də...”
“Yerli hakimiyyət azərbaycanlılara qarşı nazarılıqlarını bildirirdi. Mən də bunu görüb çıxış etdim ki, bəlkə sakitləşələr. Həmyerlilərimizi də başa düşürəm. Pərişandırlar, səbrləri tükənib, keçib gedər. Düşünürəm, deyəcəklər ki, səfir giley- güzar edir”.Açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ötən gün azərbaycanlıların təxliyəsi zamanı yaşanan çətinliklərdən və sərt açıqlamasından danışarkən deyib:

“İnsanlar bütün ölkə üzrə siyahıya alınıb, onların şəxsiyyət vəsiqələrinə baxılır. Proqramın özündə kimlərin hava reysi ilə gedəcəyi planlı şəkildə qeyd və təşkil olunur. Təsəvvür edin ki, deyilir, 174 nəfər gəlsin, onların adları növbədə var. Baxırıq ki, 300 nəfər gəlib və öz aralarında dalaşırlar, bir- birilərini qırırlar. Mən məcburam ki, bunları tənzimləyəm. Bu işlə özüm məşğulam. Hər gün gecə saat 03.00- da işi yekunlaşdırıram. Asan deyil, əlbəttə ki, bu, bir az gərginlik yaradır. Mən insanları da başa düşürəm. Onlar yollarda əziyyət çəkirlər. Heç bir ölkə öz vətəndaşlarını aparmır ki... Azərbaycan vətəndaşlarını pulsuz aparır. Kişilər mərdlik nümayiş etdirməlidirlər. Yuxu yatmıram, ayaq üstə qalıram və hər birinin sualına bir- bir cavab verirəm. Onu da anlayıram ki, bunu mən etməyəcəyəmsə, kim edəcək?! Bu qədər diqqət və əziyyətin qarşısında baxıram ki, azərbaycanlılar öz aralarında avtobusa minəndə dalaşırlar. Adam utanır...”

Səfri bildirb ki, hər şey növbəylə olacaq:
Son çıxışına görə tənqid olunan Qüdsi Osmanov: - “Kimsə özünü öldürsə də...”
“Onsuz da kimsə özünü öldürsə belə, “birinci mən gedim” məsələsi yoxdur. Əgər insan xəstədirsə, problemlidirsə, yaşlıdırsa, hamilədirsə, ön cərgəyə salırıq. Gün ərzində azərbaycanlıları təxliyə üçün siyahıya salacağıq. Mənimlə işləyən əməkdaşlar var. Onlar bunu tam dürüst həyata keçirirlər”.

Səfirin sözərinə görə, ona tanış adamlar zəng vurur, amma onları belə qəbul etmir, başa salır:

“Təmkinli olmaq lazımdır. Kişilərdən söhbət gedir. Qadınları başa düşürəm, amma biz daha çox mərdlik nümayiş etdirməliyik. Ötən gün çıxışımdan sonra sakitlik oldu. Görünür, insanlar artıq nəticə çıxarırlar. Ölkəmiz, Prezidentimiz sağ olsun. Elə bir şərait yaradıb ki, insanları müxtəlif nəqliyyat vasitələri ilə çıxarmaq mümkün olur”.

Qüdsi Osmanov qeyd edib ki, Ukraynadan Moldova ərazisinə hər gün 800-1000 nəfər azərbaycanlı təxliyə olunur:

“Əməkdaşlarımız 20 saat işləyirlər, gecə yatmırlar, maşında gecələyirlər. Çünki sərhəddə böyük problemlər yaşanır. Orda gərginlik çox olur. Maşallah olsun, hər bir ailənin ən azı 3 uşağı var. Biz hamını başa düşürük. Baş verən hadisələr əsas vermir ki, biz kişilər özümüzü belə aparaq. Qadınların özlərini aqressiv aparmasını başa düşürəm. Problem deyil. Amma kişilər mərdlik nümayiş etdirsinlər. Bunu da etdirdilər. Ötən gün axşam bir kişi gəldi, aeroportda qadınların çamadanların daşıyacağını dedi. Sonra avtobusa minəndə başqa kişilər yaxınlaşdı ki, biz getmək istəmirik. Bizim yerimizə bir uşaq, ya da bir qadın getsin. Vallah, o qədər sevindim ki... Görünür, çıxışımın təsiri oldu. Ötən gün özlərini çox yaxşı aparıblar”.

Səfir vətəndaşların təxliyəsi ilə bağlı çıxışının ardından ona ünvanlanan şərhlərə, insanları onu qınamağına da münasibət bildirib: “Haqqımda yazılan mənfi rəyləri oxumağa vaxtım yoxdur. Olan şeydir, özləri bilər. Bizim buna vaxtımız da yoxdur. Mən məcburam ki, hər şeyi az qala polislə qaydaya salım. Necə yəni doğru yanaşmırıq?!”

Qeyd edək ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ötən gün təxliyə olunan soydaşlarımızla bağlı sərt açıqlama verib. Səfir təxliyə olunan soydaşlarımızın avtobuslara minəkən özlərini çox pis apardıqlarını, bir-birini didməyə hazır olduqlarını deyib. Sosial şəbəkə istifadəçiləri səfirin açıqlamasına birmənalı yanaşmayıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi