Artsvik Minasyandan ŞOK AÇIQLAMA: Azərbaycanlı kişilər İrəvanın mərkəzində kef edir
“Tarix göstərir ki, xalqın istək və arzularına məhəl qoymayanda bu, millətin ölümünə gətirib çıxarır.” -Alp.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deputat Artsvik Minasyan bildirib.
“Aydındır ki, Türkiyə və Azərbaycan zəifləmiş Ermənistandan, onların maraqlarına xidmət edən hakimiyyətdən mümkün olan hər şeyi çıxarmağa çalışır. Bu təhlükəli tendensiya dövlətçiliyimizin son süqutuna gətirib çıxarır”, – deyə deputat bildirib.
Minasyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ya başa düşmür, ya da bilərəkdən elə hərəkət edir ki, Ermənistan daim Türkiyə-Azərbaycan hökmranlığı altında qalır.
Ermənistanın ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazır olduğuna və dialoq üçün xüsusi nümayəndə təyin edəcəyinə toxunan Artsvik Minasyan bildirib ki, bu proses Ermənistanın milli məqsədlərinə xidmət etmir.
“ Onlar istəyir ki, türklər İrəvanın küçələrində istədiyini etsin. Onsuzda Azərbaycanlı kişilər İrəvanın mərkəzində kef edir. Fərqi nədir onlar İrandan gəlib. Bütün bar və restoranlarda erməni qızları onların qucağındadır. Paşinyan hökuməti bizi bu cür məhv etdi. Bütün danışıqlardan imtina etmək lazımdır.”- deyə Artsvik Minasyan bildirib.