azia.az
azia.az

Eldar Quliyev qalmaqallı açıqlamasından danışdı: - “Bizim jurnalistlər niyə deputatları alçaldırlar?"

2-03-2022, 19:36

Eldar Quliyev qalmaqallı açıqlamasından danışdı: - “Bizim jurnalistlər niyə deputatları alçaldırlar?"
"Mənə sual verirlər ki, deputatlar niyə müharibədə ölməyiblər? Mən də dedim ki, deputat mütləq gedib orda ölməlidir?!" Bunu Cebhe.info-ya Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev bir neçə gündür tənqid olunan açıqlamasından danışarkən deyib.

Deputat bildirib ki, millət vəkilləri 44 günlük Vətən müharibəsində iştirak etmək üçün Prezident İlham Əliyevə müraciət ünvanlayıblar:

"Yazıb bildirdik ki, əgər lazımdırsa, biz də müharibəyə gedək. Mən zabitəm. Baş komandanımız da bizə cavabında dedi ki, lazım olsa, deyərik. 3-4 günə isə qələbə çaldıq. Bu, kimin xətrinə dəyib? Sözsüz, 70 yaşındakı adamı müharibəyə aparmayacaqlar ki?”

Parlament üzvü deyib ki, Ukraynada şəhid olan şəhər deputatı olub: "Biz özümüz şəhid olmasaq da, qohumdan, əqrəbadan şəhid olanlar var. 3 min şəhidin içərisində yəqin ki, deputatların da qohumları var də. İndiyədək şəhid ailələrinə baş çəkirik. Sual verirlər ki, gedib şəhid olardın? Bizim jurnalistlər niyə millət vəkillərini alçaldırlar?!"
Eldar Quliyev qalmaqallı açıqlamasından danışdı: - “Bizim jurnalistlər niyə deputatları alçaldırlar?"
Qeyd edək ki, deputat Eldar Quliyev bir neçə gün öncə açıqlamasında Ukraynadakı vəziyyətlə Azərbaycanın müqayisəsini düzgün hesab etməyib. O, Vətən müharibəsi dövründə nəinki Milli Məclis adından, hətta Ağsaqqallar Şurası adından da döyüşlərə qatılmaq üçün müraciət etdiklərini bildirib.

Milli Məclisin üzvünün "Müharibədə qələbə çalmışıq, torpaqlarımızı azad etmişik, deputat da mütləq şəhid olmalı idi?!" açıqlamasından sonra sosial şəbəkələrdə tənqidlər səngimir.

Onu da əlavə edək ki, mövzu Ukraynada Xarkov şəhərinin müdafiəsi zamanı deputat Sergey Quluşenkonun qəhrəmancasına həlak olması ilə gündəmə gəlib.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi