azia.az
azia.az

Nazir rəis müavinini pozuntulara görə işdən çıxardı - FOTO

2-03-2022, 14:43

Nazir rəis müavinini pozuntulara görə işdən çıxardı - FOTO
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Bakının Nizami Rayon Polis İdarəsində aparılan xidməti yoxlama yekunlaşıb.

Azia.az “qafqazinfo”ya istinadla xəbər verir ki, yoxlama rayon ərazisində xidmətin zəif təşkil edilməsi və yol verilən nöqsanlar səbəbi ilə başlanılıb.

Nazir rəis müavinini pozuntulara görə işdən çıxardı - FOTO
Yekunda pozuntulara görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov vəzifəsindən azad olunub. Həmçinin, daha bir neçə yüksək vəzifəli şəxs cəzalandırılıb.

Hazırda xidməti yoxlama davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi