azia.az
azia.az

Məşhur telefon şirkətinin Azərbaycan nümayəndəliyi bağlanır

7-01-2022, 17:53

Məşhur telefon şirkətinin Azərbaycan nümayəndəliyi bağlanır
Məşhur telekommunikasiya şirkətinin Azərbaycan nümayəndəliyi bağlanır.

“Ölkə.Az”ın məlumatına görə, “Alcatel Lucent Teletaş Telekomünikasyon Anonim Şirkəti”nin Azərbaycan nümayəndəliyi ləğv olunduğunu elan edir.

Məlumata əsasən, kreditorlar iki ay ərzində tələblərini 1010 Bakı şəhəri, Nizami rayonu, Neftçilər propsekti, ev 153, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Alcatel Lucent Teletaş Telekomünikasyon Anonim Şirkəti”nin əsas səhmdarı 65% payla “Alcatel Lucent” Global şirkətidir. “Alcatel Lucent” isə “Nokia” benəlxalq informasiya texnologiyaları, telekommunikasiya şirkətinin törəmə müəssisəsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi