azia.az
azia.az

MEK əməkdaşlarının Şəki səfəri elmi baxımdan yaddaqalan olub

22-12-2021, 23:21

MEK əməkdaşlarının Şəki səfəri elmi baxımdan yaddaqalan olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşları mütəmadi şəkildə ölkə və ölkə hüdudlarından kənarda səfərlərdə olur, elmi-konfranslarda iştirak edirlər. MEK əməkdaşlarının Şəki səfəri də bu baxımdan yaddaqalan olub.
MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, əməkdaşlardan Alidə Həsənova, Həbibə Əliyeva, Gülbahar Abdullayeva, Kəmalə Cavadova, Röya İsrafilova bir sıra elmi tədbirlərdə iştirak etmək üçün ölkənin şimal-qərb bölgəsində yerləşən Şəki rayonuna ezam olunublar.
Əməkdaşlar ilk öncə Şəkidə Şəhidlər xiyabanını ziyarət edərək orada uyuyan Vətən övladlarının əziz xatirəsini anıblar.
Səfər çərçivəsində Mərkəzi Elmi Kitabxananın, AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) və ADPU Şəki filialının birgə təşkilatçılığı ilə görkəmli mütəfəkkir şair Nizami Gəncəvi yaradıcılığına dair AMEA tərəfindən dərc edilmiş 20-dən artıq elmi tədqiqat nəşrlərinin təqdimatı keçirilib. Təqdimat Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən təşkil edilib.
Təbdirin açılışında çıxış edən ŞREM-in direktoru f.ü.f.d, dosent Yusif Şükürlü dahi şair Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən söhbət açıb, böyük mütəfəkkirin irsinin tədqiq olunması istiqamətində ŞREM-də görülən işlərdən və aparılan elmi tədqiqatlardan danışıb.
Sözügedən tədbirdə MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (on dildə), AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirovun “Мыслитель затменный славой поэта о научном мировоззрнии Низами Гянджеви” və digər alimlərin müəllifi olduğu şairin zəngin irsini özündə əks etdirən nəşrlər haqqında məlumat verib.
Səyyarə Məmmədova həmçinin, Nizami Gəncəvi irsinin toplanılması, saxlanılması və cəmiyyətə çatdırılması istiqamətində cari il ərzində Mərkəzi Elmi Kitabxananın gördüyü işlərdən də danışıb, elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan və özünün müəllifliyi ilə ərsəyə gələn “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
MEK təmsilçisi həmçinin, dünya elminə əvəzsiz töhfələr bəxş edən Nizami irsinin daha dərindən öyrənilməsində ali təhsil müəssisələrinin keçirdiyi tədbirləri yüksək qiymətləndirib.
Ətraflı və maraqlı çıxışında gənclərdə mütaliə mədəniyyəti və kitaba marağın artırılması məsələlərinə də toxunan Səyyarə Məmmədova oxucular üçün MEK-də yaradılan yüksək şəraitdən danışıb və onları baş direktor, professor Məmməd Əliyevin adından Mərkəzi Elmi Kitabxanaya dəvət edib.
Tədbirdə MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin baş mütəxəssisi Alidə Həsənova Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən ön sözünün müəllifi AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev, redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstəricidən, “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşı Həbibə Əliyeva sözügedən fondun yaranması, fəaliyyəti və cəmiyyətə düzgün aşılanması istiqamətində görülən işlərdən danışıb. Tədbir müddəti fondun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə, həmçinin ADPU Şəki filialının elmi katibi, ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Kamil Adışirinovun, elmi işlər üzrə direktor müavini, dos. Nurəli Çələbiyevin, müəllim Pakizə Əliyevanın mövzu ətrafında çıxışları dinlənilib. Çıxışlarda Nizami Gəncəvinin hər zaman yaşayacağı, yaradıcılığının bəşəri dəyər kimi hələ bundan sonra da neçə-neçə nəsillərə ötürüləcəyi qeyd olunub.
Qeyd edək ki, hər üç təşkilat bir-birinə mübadilə əsasında Nizami Gəncəvi yaradıcılığına dair və digər elmi mövzuları əhatə edən ədəbiyyatlar hədiyyə ediblər.
Həmçinin ezamiyyə zamanı MEK əməkdaşları Şəki şəhər Mərkəzi Kitabxanasının əsas fəaliyyət istiqamətləri ilə tanış olub, əlaqələrin genişləndirilməsi baxımından fikir mübadiləsi aparıb, nəşrlər hədiyyə ediblər.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

MEK əməkdaşlarının Şəki səfəri elmi baxımdan yaddaqalan olub
MEK əməkdaşlarının Şəki səfəri elmi baxımdan yaddaqalan olub
MEK əməkdaşlarının Şəki səfəri elmi baxımdan yaddaqalan olub
MEK əməkdaşlarının Şəki səfəri elmi baxımdan yaddaqalan olub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi