MEK əməkdaşları Gəncədə Nizami yaradıcılığına həsr olunan silsilə tədbirlərdə iştirak ediblər
24-26 noyabr tarixlərində Gəncə şəhərinə ezam olunan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları AMEA Gəncə bölməsi və MEK-in birgə təşkilatçılığıilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş sərgi və elmi-praktiki konfransda iştirak ediblər.
Elmi-praktiki konfransıgirişsözüilə açan AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev cariilinölkəmizdəAzərbaycanRespublikasıPrezidentininSərəncamınaəsasən “NizamiGəncəvi İli” elanedildiyini xatırladıb, şeyxNizaminintorpağında təşkilolunan tədbirin elmi mahiyyətindən danışıb.
Konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevanın “Nizami Gəncəvi irsinin araşdırılmasında informasiya resurslarının rolu” haqqında geniş məruzəsi dinlənilib. “2021-ci il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş onlarla kitab işıq üzü görüb. AMEA-nınprezidenti, akademikRamizMehdiyevin “NizamiGəncəvi: mütəfəkkirinirsidünyamədəniyyətivəmilliözünüdərkkontekstində”, AMEA-nınvitse-prezidenti, NizamiGəncəviadınaƏdəbiyyatİnstitutununbaşdirektoruakademik İsa Həbibbəylinin “BöyükAzərbaycanşairiNizamiGəncəvi”, AMEA prezidentikatibliyininrəisi Eldar Əmirovun “Мыслитель, затменный славой поэта. О научном мировоззрении Низами Гянджеви” adlıkitablarıvədigərnəşrlər, eləcədə MEK tərəfindənhazırlananvəyaxınzamanlardaişıqüzügörəcək “NizamiGəncəvi” adlıbiblioqrafikgöstəricisidahimütəfəkkirinyaradıcılığınınaraşdırılmasındaqiymətlimənbəolacaq”,- deyəicraçıdirektorqeydedib.
Tədbir zamanı MEK-in İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın bir neçə ay əvvəl işıq üzü görən “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsaiti də təqdim olunub. “Elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan metodik vəsaitdə, AMEA elmi-tədqiqat institutlarının kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi üsulları və formaları haqqında məlumat verilib”,- deyə müəllif qeyd edib. Müəllifin həmçinin mövzu ətrafında məruzəsi də dinlənilib.
Tədbirdə MEK-in Avtomatlaşdırma və proqram təminatı şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” biblioqrafik göstərici haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki, Rus və Azərbaycan dillərində materialları əhatə edən biblioqrafik göstərici qırx dörd günlük İkinci Qarabağ müharibəsinə həsr edilmiş dövri mətbuat materialları əsasında tərtib olunub.
Konfransda MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, kitabxananın Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova çıxışlarında bu torpaqda yaşayan dahi mütəfəkkirin yazdığı əsərlərinin bütün dünyada məşhurolduğunu böyük qürur hissi ilə bildiriblər.
Sonra hər iki elm müəssisəsi qarşılıqlı mübadilə yolu ilə bir-birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərini və onun haqqında yazılmış əsərləri, eyni zamanda, elmin digər sahələrini əhatə edən dəyərli kitablar hədiyyə ediblər.
Səfər çərçivəsində Mərkəzi Elmi Kitabxananın əməkdaşları GəncəDövlətFilarmoniyasının Urban Mərkəzindətəşkilolunan I GəncəKitabSərgisinə də qatılıblar.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətləəlaqələrvəinformasiyaşöbəsi
[email protected]