Funda Hospitalında Püstə Cabbarova ADINDA saxta kosmetoloq peyda olub-VİDEO
Funda Hospitalında Püstə Cabbarova ADINDA saxta kosmetoloq peyda olub-VİDEO
Kosmetoloji prosedur, narazı vətəndaş, saxta həkim. Bu problemlərlə az qala yüzlərlə vətəndaş zərər görüb. Saxta reklamlara inanıb bu insanlara üz tutan insanların həm sağlamlığı, eyni zamand da maddiyyatı əlindən alınır.
Elə bu sadalanan problemlərlə üzləşən vətəndaş üz tutduğu Funda Hospitalında saxta kosmetoloqun toruna düşüb. ![]()
Sosial mediada Püstə Cabbarova adında saxta kosmetoloqun peyda olduğu barədə çox saylı yazılar və videolara rast gəlinir. Hətta xəstə kimi onun qəbuluna gedən jurnaliststi Funda Hospitalında həkim kimi qəbul edən Püstə Cabbarova sonradan onların jurnalist olduğunu öyrəndikdə çox həyəcanlanır. Videodan da görünür ki, Püstə Cabbarova mikrafon qarşısında danışa bilmir. Çünki diplomu, sertifikatı və müvafiq lisenziyası yoxdur. Kamera qarşısında aciz qalan saxta kosmetoloq, mənim də arxamda güclü adamlar var, aciz deyiləm deyib, jurnalisti təhdid edir.
Media üzərindən apardığımız araşdırmada məlum oldu ki, sözügedən Hospitalda başqa həkimlər də müvafiq sənədləri olmadan vətəndaşlara tibbi xidmət göstərirlər. Bu istiqamətdə araşdırmalarımız davam edir.
Redaksiya olaraq tədbir görülməsi üçün yazını Səhiyyə nazirliyinə, Baş Prokurorluğa və Ali təhsili barədə DİM-ə ünvanlayırıq.