azia.az
azia.az

Rusiya mülki şəxslərə raket və dron zərbələri endirib – 2 ölü, 58 yaralı

Bu gün, 11:15

Rusiya ordusunun noyabrın 20-dən 21-nə keçən gecə Ukraynanın Krivoy Roq şəhərinə endirdiyi zərbələr nəticəsində 7 yaşlı oğlan və 20 yaşlı təcili yardım feldşeri həlak olub. Şəhər rəsmilərinin açıqlamasına görə, yaralıların sayı 58-ə çatıb. 

Modern.az xəbər verir ki, Krivoy Roq Müdafiə Şurasının sədri Oleksandr Vilkul isə yenilənmiş məlumatda 58 nəfərin, o cümlədən 6 uşağın yaralandığını bildirib. Onun sözlərinə görə, 28 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır. 

Vilkulun sözlərinə görə, Rusiya qüvvələri əvvəlcə şəhərə iki ballistik raketlə, daha sonra isə üç dronla zərbə endirib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, raket zərbəsi şəhərin mərkəzindəki restoranın ərazisinə düşüb. Həmin vaxt restoranda uşaqlı ailələr və işçilər olub. Xilasedicilər və polis əməkdaşları insanları təxliyə etməyə başlayanda əraziyə dronla yenidən zərbə endirilib. İki xilasedici və iki polis əməkdaşı yaralanıb. 

Hadisə şahidi Olena “Suspilne Dnipro”ya bildirib ki, təcili yardım briqadası hücumdan əvvəl çağırışla restorana gəlib. Onun sözlərinə görə, həlak olan 7 yaşlı oğlan zərbə zamanı restoranın oyun otağında olub. 

“Yaralıları çıxarmağa, onlara kömək etməyə başladıq. Qapını açanda pilləkəndə iki yaralı qadının huşsuz vəziyyətdə uzandığını gördük”, – şahid deyib. 

Zərbələrdən sonra şəhərdə dörd yanğın baş verib. Yanğınlar səhərədək söndürülüb. Hücum nəticəsində 25 çoxmərtəbəli yaşayış binasına, xəstəxanaya, təcili yardım maşınlarına və sakinlərin avtomobillərinə ziyan dəyib.



Arifə Kərimzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi