azia.az
azia.az

“BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov

Bu gün, 15:07

Tanınmış vəkil Ceyhun Yusifov Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, vəkil rektordan universitetdə aparılacaq islahatlara Hüquq fakültəsindən başlanılmasını xahiş edib.

Ceyhun Yusifov hesab edir ki, islahatlar aparılacağı təqdirdə BDU həm əvvəlki nüfuzunu qaytaracaq, həm də Hüquq fakültəsindəki real vəziyyət aydın görünəcək: “Gəncliyimizin ən uca arzusu olan Hüquq fakültəsi yarandığı gündən ən zəif dövrünü yaşayır. Böyük şəxsiyyətlər yetişdirmiş bu elm ocağı təəssüf ki, digər ali təhsil müəssisələrində eyni ixtisaslarla müqayisədə autsayder mövqeyindədir. Buna görə də BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmasını xahiş edirəm. Əgər fakültədə köklü dəyişiklik olmasa, onun yeganə fəaliyyəti yenə diplom verməkdən ibarət qalacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi