azia.az
azia.az

Agentlik qrant müsabiqəsinin nəticələrini elan etdi - SİYAHI

14-12-2021, 19:24

Agentlik qrant müsabiqəsinin nəticələrini elan etdi - SİYAHI
"415 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub"
"Bu il üçün kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib. 452 layihə isə qəbul edilib".

QHT.az-ın məlumatına görə, bunu müsabiqənin nəticələrinə həsr olunmuş brifinqdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib. Onun sözlərinə görə, Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib: "415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.

Bu il kiçik qrant qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib. Qrant müsabiqəsi insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edib".

Qalib gələn QHT-lərlə Agentlik arasında dekabrın 18-dək müqavilə imzalanacaq. Layihələr gələn il fevralın 1-dən icra olunmağa başlayacaq və icra müddəti 3-6 ay olacaq.
Siyahı bu linkdədir: My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi