Ağstafanın başçısı bazarda meyvə götürdü, pulunu vermədi-HALALLIQ İSTƏDİ/ VİDEO
Ağstafanın icra başçısı Seymur Orucovun bazarda vətəndaşlarla ünsiyyəti narazılığa səbəb olub.
Xəbər verilir ki, bəzi sosial şəbəkə istifadəçiləri onun piştaxtadan məhsul götürərək yeməsini, daha sonra isə halallıq istəməsini, eləcə də satıcılarla və alıcılarla "sən" deyə danışmasını tənqid ediblər.
Qeyd olunub ki, icra başçısı bazardakı qiymətlərdən və bu qiymətlərin insanların gündəlik həyatında yaratdığı çətinliklərdən xəbərsiz turist təsiri bağışlayıb. "İnsanların üzündə "sən Allah, çıx get, imkan ver çörəyimizi qazanaq" ifadəsi var", - deyə yazan sosial şəbəkə istifadəçiləri də olub.