azia.az
azia.az

Aparıcı Ada ilə birlikdə öldüyü deyilən şəxs SAĞ İMİŞ

Bu gün, 16:48

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində aparıcı Ada Süleymanın öldüyü qəzada məşhur ailənin adı hallanır.

Belə ki, qəzada ölən digər şəxsin "Metak" şirkətinin rəhbəri Alik Kərimovun oğlu olduğu iddia edilir. 

Ajans.az-ın məlumatına görə, A.Kərimovun oğlu, şirkətin icraçı direktoru Aydın Kərimov bununla bağlı açıqlama yayıb.

O bildirib ki, baş verən qəzanın onun ailəsi ilə əlaqəsi yoxdur. 

"Bir çox xəbər saytları mənim barəmdə yanlış məlumat yayırlar. Faciədə ölən şəxslərə Allah rəhmət etsin. Bu şəxslərin bizim ailəmizə aidiyyəti yoxdur. Çox adam narahat olur, zəng edir", - o söyləyib.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi