azia.az
azia.az

Tural Abbaslı sabiq deputatın qızı ilə evlənir

14-12-2021, 10:43

Tural Abbaslı sabiq deputatın qızı ilə evlənir
"Ağ Partiya"başqanı Tural Abbaslının toyunun tarixi dekabrın 21-nə təyin olunub.

Azia.az bizim.media-ya istinadən bildirir ki, bu barədə məlumatı Tural Abbaslının özü verib.

Onun sözlərinə görə toyun baş tutması ilə bağlı bütün qaydalara əməl olunacaq.

"Qismət olsa, dekabrın 21-də toydur. Şəxsi həyatımdan danışmağı sevmirəm. İnşallah hər şey yaxşı olar", - deyə Tural Abbaslı bildirib.

Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı quracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi