azia.az
azia.az

Məscidin Altından Görün Nə Çıxdı - PEYĞƏMBƏR ÖZÜ EDİB

7-11-2021, 14:32

Məscidin Altından Görün Nə Çıxdı - PEYĞƏMBƏR ÖZÜ EDİB
Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəd, Bizans dövrünə aid olan Ayasofya Bizansın “qızıl əsrinin” simvoludur. Gündə min usta və on min işçinin çalışması ilə 5 il 11 ay 10 günə inşaat başa çatıb.

Ayasofyanın 1475 illik tarixinə onlarla əfsanə sığdırılıb. Bütün bu əfsanələr “Ayasofya əfsanələri” adlı kitabda toplanılıb. Kitabda yer alan məlumata görə, məbədin təməli 70 metrdir. Binanın təməlinin möhkəm olması üçün qızıl və gümüş doldurulub.

Sarayla Ayasofya arasında gizli keçid olub. Dalğaların binanı aşındırmaması üçün bina sütunlar üzərində qurulub.

Ayasofyanın ümumilikdə 361 qapısı var. Bunların 101-i böyük və tilsimlidir. Bəzi qapılar iddiaya görə, Nuhun gəmisinin taxtalarındandır.

Kitabda yer alan məlumata görə, latın kapitan Henrikus Dandolistan İstanbulu işğal etmək istəyirdi. 80 yaşında o bu istəyinə çatmadan öldü. Gəlib-keçənin onun məzarını tapdalamsı üçün Ayasofyaya basdırılıb.

Fateh Sultan Mehmet İstanbulu mühasirəyə alsa da hələ tuta bilməmişdi. Bir gün o məbədin qübbəsində nur gördü. Bu əsgərləri çox sevindirdi və bir neçə gün sonra İstanbul alındı. Fateh Sultan daha sonra “bu qübbə peyğəmbərin ağız suyu ilə dayanır” deyərək içəriyə böyük qızıl top asdırıb.

Minarələri Memar Sənan təmir etdirib. Memar Sənanın layihəsinə görə, 3 nəfər birlikdə minarənin içi ilə bir-birini görmədən gəzə bilər. Ayasofya məscidə çevriləndən sonra içinə bir çox İslam motivi yerləşdirildi. İçəridə Allah, Məhəmməd, Əbubəkr, Ömər, Osman, Əli yazılan 7,5 metrlik iri lövhələr asıldı. Bu lövhələr 1935-ci ildə bura muzeyə çevriləndə söküldü. Lakin onları zamanında məscidin içərisində yığıldıqları və çox iri olduqları üçün qapıdan çıxarmaq mümkün olmadı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi