azia.az
azia.az

Koronavirusun ağır formasından qoruyan vitamin açıqlandı

6-11-2021, 09:48


Alimlər orqanizmi koronavirusun (COVİD-19) ağır formasından qorumağın yolunu açıqlayıblar.
Koronavirusun ağır formasından qoruyan vitamin açıqlandı
Azia.az xəbər verir ki, “The Telegraph” nəşrinin saytında dərc olunan materialda C vitamininin vena daxilinə yeridilməsinin orqanizmin xəstəliyə qarşı mübarizəsinə müsbət təsir etdiyi bildirilir.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, C vitamini plasebo ilə müqayisədə koronavirusdan sağalma sürətini 70 faiz artırır. Tədqiqatın müəlliflərindən biri, Yeni Zelandiyanın Otaqo Universitetindən Anitra Karrın aydınlaşdırdığı kimi, C vitamini qəbul edən xəstələrdə qanda oksigenin səviyyəsi artıb və iltihabın markerləri azalıb. O, effektiv dozanı da açıqlayıb: 6 qramdan 24 qrama qədər venadaxili.

Daha əvvəl İctimai Səhiyyə İnstitutu, Veteranlarla İş üzrə Tibb Mərkəzi və Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin alimləri müəyyən etmışdilər ki, istənilən növ vaksinlə təmin edilən koronavirusdan qorunma səviyyəsi azalıb. Onlar qeyd etmişdilər ki, əgər 2021-ci ilin fevral ayında mühafizə səviyyəsi 87,9 faiz idisə, oktyabr ayında bu göstərici 48,1 faiz təşkil edib (moderator.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi