azia.az
azia.az

Tütün və içki istehsalında artım, şəkərdə isə azalma var - DSK

25-08-2018, 08:29

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin ilk yeddi ayında ölkədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 9 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, hesabat dövründə qida məhsullarının istehsalı isə 2,4 faiz azalıb.

Bu sahələrin əsas məhsullarından cem və marmeladların istehsalı 1,1 faiz, brendi (konyak) istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 34,4 faiz, alkoqolsuz içkilərin istehsalı 20 faiz artıb.

Bununla yanaşı, kolbasa məmulatlarının istehsalı 0,9 faiz, duru bitki yağlarının 12,2 faiz, qənd və şəkər tozu istehsalı isə 52,2 faiz azalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi