Çingiz Abdullayevə cavab verən alimə yüksək vəzifə verildi - FOTO
![]()
Hacı Zeynalabdin Tağıyev irsinin araşdırmaçısı, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovu AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru təyin edib.
Bu barədə etibarlı mənbələrdən məlumat verilib.![]()
Qeyd edək ki, noyabrın 2-də Fərhad Cabbarov xalq yazıçısı Çingiz Abdullayevin “Birinci Qarabağ müharibəsi olmayıb” fikrinə reaksiya verərək bu sözləri bildirmişdi: “Yazıçı Çingiz Abdullayevin 1991-1994-cü illər Qarabağ müharibəsi haqqında fikri əslində tarixçilərin çoxdan konseptual mövqe ortaya qoymalarını vacib edir. Birinci Qarabağ müharibəsi 1918-1920-ci illərdə olub və Azərbaycan bu müharibədə qalib gəlib. 1991-1994-cü illərdə II, 2020-ci ildə isə III Qarabağ müharibəsi olub. Tarixi təhrif etməyək və özümüzdən tarix düzəltməyək”.