Çingiz Abdullayev qalmaqal yaradan çıxışına aydınlıq gətirdi - VİDEO
Sosial şəbəkələrdə xalq yazıçısı Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, Ç.Abdullayevin həmin çıxışında Birinci Qarabağ müharibəsinin olmadığını, bunun yalan olduğunu söylədiyi iddia edilib.![]()
Azia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən xalq yazıçısı Çingiz Abdullayev fikirlərinin təhrif olunduğunu bildirib:
"Qoy tənqid eləsinlər. Mən elə deməmişəm. Demişəm ki, ermənilər sovet qoşunlarını pulla alaraq bizim torpaqlarımızı işğal ediblər. Mənim qardaşım da həlak olub. Bir daha deyirəm, 90-cı illərdə biz torpaqlarımızı ona görə itirirdik ki, bu, normal müharibə deyildi. Bizim ordumuz qurulmamışdı. Qonşularımız qarmaqarışıqlıqdan və daxili çəkişmələrdən istifadə edirdilər. Buna görə də mən birinci, ikinci deyilən bölgüyə qarşıyam. O birinci dediyimiz xalqımızın başına gətirilən faciə idi. Keçən ilki isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız müharibə idi. İndi bu dediyim fikirlərdən istifadə edəcəklər?".