azia.az
azia.az

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda yeni nəşrlər

13-09-2021, 16:43



MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda yeni nəşrlər
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi kitabxanasının “Qarabağ müharibəsi qəhrəmanları” fonduna dəyərli nəşrlər daxil olmaqda davam edir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” adlı kitabda həmin ərəfədə baş verən proseslər, müharibənin gedişatıgünbəgün xronika formatında izlənilir. Azərbaycan, ingilis və rus dillərində tərtib edilən bu nəşrmüharibəni tam şəkildə təqdim etmək üçün 3 hissəyə bölünüb: “Ərəfə”, “Vətən müharibəsi”, “Qayıdış”.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə dəyərli xidmətləri ilə müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət etmiş, Türk dünyasının fəxarət ünvanına çevrilmiş şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun gələcək nəsillərə örnək olacaq ömür yolundan bəhs edən Hikmət Xudiyevin (Cəmilzadə) “Milli qəhrəman Polad Həşimov” (2021) adlı kitabı da daxil olan nəşrlər sırasındadır.MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda yeni nəşrlər
“Kəndimizin qırx dörd günü” (2021) adlı kitabda müəllif Eldəniz Qədirov 44 gün çəkən Vətən müharibəsində bir kəndin, yəni öz kəndlərinin timsalında müharibə dəhşəti və ağrılarını qabarıq şəkildə göstərə bilib.
İkinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən Gəncədə törədilmiş terror aktı qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Gəncəyə səyahət” kitabı Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ədliyyə generalı, Qarabağ müharibəsi veteranı Akif Rəfiyev, tarix elmləri doktoru Sevinc Əliyeva və tarix üzrə fəlsəfə doktoru, dosent Mehriban Əliyeva tərəfindən tərtib olunub.
Bundan əlavə “Tarixi şəxsiyyətlər”beynəlxalq ictimai-siyasi jurnal növbəti 49-cu sayıilə fondda öz oxucularını gözləyir.

Azərbaycan Milli Elmlər Akademiyası
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi