azia.az
azia.az

Mərkəzi Elmi Kitabxana “Bir müəllifin izi ilə” layihəsinin ilk təqdimatını keçirib

25-02-2019, 09:34

Mərkəzi Elmi Kitabxana “Bir müəllifin izi ilə” layihəsinin ilk təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bir müəllifin izi ilə” layihəsinin ilk təqdimatını keçirib

Azia.az-a verilən məlumata görə:AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr olunan “Bir müəllifin izi ilə” layihəsinin təqdimatına start verib. Bu məqsədlə keçirlən ilk tədbir Azərbaycanın görkəmli geoloq alimi, Dövlət Mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı, AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həsr olunub.

Tədbirdə bildirilib ki, akademik Akif Əlizadə haqqında və onun elmi əsərlərindən ibarət kolleksiya oxucuların istifadəsinə verilib. Kolleksiyaya görkəmli alimə aid, MEK-in Milli Rəqəmsal Yaddaş bazasında mühafizə olunan 70-dən çox sənəd daxildir. Bu sırada akademikin müəllifi olduğuiki cildlik“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: elmi biblioqrafik göstərici”, “Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində”, “Qədim dənizlərin temperaturu” əsərləri, alim haqqında yazılmış “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Акиф Ага Мехти оглы Али-заде: Библиография” kitablarını qeyd etmək olar. Azərbaycan elmi irsinin sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin müəyyən olunmuş hədəflərin icrası üçün MEK tərəfindən Milli Rəqəmsal Yaddaş bazasının, Vahid İdarəetmə Sisteminin formalaşdırıldığı, eləcə də Vikipediyada ölkəmizə aid məlumatların mütəmadi yeniləndiyi nəzərə çatdırılıb. MEK-in Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən akademik Akif Əlizadənin yubileyi münasibətilə Vikipediyayaalim haqqında əlavə olunmuş məlumatlar, tərcümələr və redaktələr barədə məlumat verilib. Bildirilib ki, müəllif haqqında Azərbaycan və rus dillərində mövcud olan məlumatlar redaktə edilib, ingilis dilində yeni məqalə yaradılıb.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin, AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun, Geologiya və Geofizika, Fiziologiya institutlarının, Nizami adına Ədəbiyyat Muzeyinin və başqa təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə kitabxana informasiya resurslarının müxtəlif sahələrdə tətbiqi, informasiyanın kontent təhlükəsizliyi, milli yaddaş, sərbəst ensiklopedik resurslarda Azərbaycan tarixi və mədəniyyəti və başqa mövzular müzakirə edilib.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi