azia.az
azia.az

Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı AÇIQLAMA

23-09-2021, 18:57

Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı AÇIQLAMA
Vətən müharibəsi qazi Səid İskəndərov “Xocavəndin azad olunmasına görə” aldığı medalı satışa çıxarıb.

O, diqqətdən kənarda qaldığı üçün belə bir addım atdığını bildirib.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada medalını ehtiyac üzündən satmaq istədiyini elan edən Vətən müharibəsi iştirakçısı İskəndərov Səid İman oğlu ilə əlaqə saxlanılıb:
“O, 27.07.2021-ci il tarixdə Hərbi hospitalda müayinədən keçdiyini, müayinə sənədləri olduğunu, lakin əlilliyinin qiymətləndirilməsi üçün hərbi həkim komissiyası tərəfindən hələ şəhadətnamə təqdim olunmadığını və tibb müəssisəsi tərəfindən göndəriş (F-88) daxil edilmədiyini bildirib.

Məlumat üçün bildirik ki, hərbi həkim komissiyasının həmin şəhadətnaməsi şəxsin xəsarət və ya xəstəliklərinin hərbi səbəblə əlaqəsini təsdiq edir.
S.İskəndərov barəsində qeyd olunan şəhadətnamə təqdim olunduqda və e-sistemə göndəriş daxil edildikdə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə cəlb edilərək əlilliyi qiymətləndiriləcək”.

Qeyd edilib ki, hazırda sağlamlıq durumunun fiziki baxımdan normaldır:

“Yalnız psixoloji dəstəyə ehtiyacı var. S.İskəndərov işsiz deyil, hazırda “Azərpoçt” MMC-də əməliyyatçı (aylıq əməkhaqqı 320 manat) işləyir. Ona Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) tərəfindən sığorta ödənişi (550 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.
S.İskəndərovun istəyi daha yüksək əməkhaqqı olan işdə çalışmaq və ya özünüməşğulluq proqramına cəlb edilməkdir.
İşsiz olmadığı üçün həmin proqrama cəlb edilməsi mümkün olmasa da, S.İskəndərov gün ərzində ərazi məşğulluq mərkəzinə müraciət edəcək və yüksək əməkhaqqı olan vakansiyalarla tanış olacaq. İstəyinə və əmək bacarıqlarına uyğun olduğu halda yüksək əməkhaqqı olan işlə təmin olunacaq.
S.İskəndərov ona ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcəsi təyin edildiyi halda dövlət tərəfindən mənzillə təmin edilmək üçün qeydiyyata alına bilər.
O, həssas qrupların ərzaq dəstəyi ilə təminatı proqramı ilə əhatə olunmaq üçün qeydiyyata alınıb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi