azia.az
azia.az

Ermənistandan daha bir həyasızlıq: Azərbaycanı məhkəməyə verir - biz nə edək?

21-09-2021, 08:42

Ermənistandan daha bir həyasızlıq: Azərbaycanı məhkəməyə verir - biz nə edək?
Ermənistan Azərbaycanı beynəlxalq tribunala verəcəyini açıqlayıb. Müharibə zamanı biz də Ermənistanı beynəlxalq məhkəməyə verib təzminat tələb edəcəyimizi açıqlamışdıq. Düşmən ölkənin sərsəm istəyi Azərbaycanda bir məsələni yenidən aktual edib.

Dövlətin məhkəməyə verməsi bir yana, kəndi, rayonu Ermənistan tərəfindən işğal edilmiş, dağıdılmış sıravi vətəndaşlar da fərdi şəkildə Ermənistanı məhkəməyə verməyi düşünürmü?

Əslən Ağdamdan olan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dövlətin bu məsələyə girişməsini çox vacib sayır: “Bütün istiqamətlərdə Ermənistanın əsassız təşəbbüslərinin qarşısı alınmalıdır. Qələbədən sonra beynəlxalq müstəvidə, o cümlədən müxtəlif məhkəmələrdə ciddi iş aparılmalıdır. İmkan vermək olmaz ki, ermənilər beynəlxalq məhkəmələrdə yanlış rəy yaratsınlar. Həqiqəti əks etdirən faktlar, o cümlədən Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər, yaşayış məntəqələrinin raket və digər kütləvi qırğın silahlarından atəşə tutulması, beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə olunması, azərbaycanlı əsirlərə işgəncə verilməsi, Azərbaycan ərazisində terror qruplarının yaradılması, terrora cəhd edilməsi və digər hallarla bağlı əsaslı faktlar beynəlxalq məhkəmələrin diqqətinə çatdırılmalı, Ermənistanla bağlı cəza qətnamələrinin qəbul edilməsinə nail olunmalıddır. Otuz illik acı təcrübəm göstərir ki, beynəlxalq qurumların obyektiv qərarlarına ümid etmək mənasızdır. Amma hər halda, səyləri davam etdirməliyik.

Akif Nağı Süleymaninin qətlini pislədi » Şəfəqə Doğru
Ermənistandan daha bir həyasızlıq: Azərbaycanı məhkəməyə verir - biz nə edək?
Akif Nağı: “Azərbaycanlıların kütləvi müraciətləri təşkil olunmalıdır”

Bu istiqamətdə müəyyən işlər görülür, müraciətlərin edilməsi ilə bağlı mətbuatda məlumatlar gedir. Bu işləri ciddi şəkildə genişləndirməyə, nəticəyə yönəlik fəaliyyətə ehtiyac vardır. İşğaldan azad olunmuş ərazilərin sakinlərinin də, erməni əsirliyində işgəncələrə məruz qalmış şəxslərin də, digərlərinin də beynəlxalq məhkəmələrə müraciət etməsi yaxşı olardı. Belə praktika əvvəllər də olub, amma bir nəticə verməyib. Məsələn, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan və erməni tərəfindən verilən ərizələrin hərəsindən birini götürüb, ”balanslaşdırma" yanaşması ilə hər iki tərəfin ərizəsinə uzun müddət baxıb, bir konkret qərar da verməyib. İndiki şəraitdə azərbaycanlıların kütləvi müraciətləri təşkil olunmalıdır, “təşkil olunma” sözündən də qorxmağına dəyməz. Bu proses dövlət tərəfindən təşkil olunmalıdır, icra strukturları bu işlə məşğul olmalıdır. İctimai təşkilatlar və ya ayrı-ayrı fərdlərin təşəbbüsü ilə bu iş alınan deyil. Dövlət strukturları bu işə girişsələr, kütləvilik alınacaq, onda vəkillər də kənarda qalmayacaqlar".

Şuşa ilə görüş

Bəxtiyar Məmmədli: “Atamın heç qəbri belə yoxdur”
Ermənistandan daha bir həyasızlıq: Azərbaycanı məhkəməyə verir - biz nə edək?
Atası Şuşada əsir götürülən və günlər öncə Şuşaya gedən jurnalist Bəxtiyar Məmmədli isə dedi: “Azərbaycanın Ermənistanı məhkəməyə verməsi, haqqını tələb etməsi onun hüququdur, bir növ haqq işidir. Çünki 30 ildir ki, Ermənistan bizim insanları nəinki qətlə yetirib, evlərini dağıdıb, bizə həm də son 30 ildə mənəvi tərəfdən də ağır ziyan vurub. Ev-eşiyimizdən didərgin düşdük. Ölülərimizin xatirələrini belə normal şəkildə yad edə bilmədik. Bugünlərdə Şuşada səfərdə oldum. Mənim atam, bildiyiniz kimi, Şuşada əsir götürülüb. Sonradan ona şəhidlik statusu verildi. Təsəvvür edin ki, atamın heç qəbri belə yoxdur. Belə olan halda mən niyə Ermənistanı, erməniləri məhkəməyə verməyim? Mənə dəhşətli şəkildə mənəvi terror zərbəsi vurublar. Söhbət burada maddi ziyandan getmir. İlk fürsətdə şəhid oğlu olaraq, Ermənistanın məhkəməyə verilməsi məsələsini mən də gündəmə gətirəcəm. Özüm də təşəbbüs göstərib, bu prosesə qoşulacam. Dövlətimizin haqq işində onun yanında olacağıq. Bu haqq işindən geri durmaq olmaz. Bizə qarşı etdikləri mənəvi terrorun qarşısı alınmalıdır. Bunun başqa yolu da yoxdur”.

Əlövsət Allahverdiyev 1905.az

Əlövsət Allahverdiyev: “Bizim qarşımızı kəsən amillərdən biri odur ki...”
Ermənistandan daha bir həyasızlıq: Azərbaycanı məhkəməyə verir - biz nə edək?
Məsələnin hüquq tərəfini isə hüquqşünas Əlövsət Allahverdiyev izah etdi: “Ermənistanın Azərbaycanı beynəlxalq məhkəməyə verməsi kimi istəyi ola bilər. Kimsə onu istəyindən çəkindirə bilməz. Versin. Amma bu o demək deyil ki, bu iddia ilə Azərbaycan beynəlxalq məhkəmədə məsuliyyətə cəlb olunacaq. Kifayət qədər əsaslar və sübutlar var ki, bu Azərbaycanın Ermənistanı məsuliyyətə cəlb etməsinə birbaşa şərait yaradır. Düşmən ölkə ərazilərimizi işğal edib, tarixi mədəniyyət nümunələrimizi, məktəbləri, uşaq baxçalarını dağıdıb. Son müharibədə Gəncə və Bərdədə baş verənlər dünyanın gözü qarşısında oldu. Demək olar ki, bütün dünya mediası bunu işıqlandırdı. Bunlar kifayət qədər əsaslardır. Amma Ermənistan Azərbaycanı hansı ad altında məhkəməyə verəcək? Bizdə işğal etdiyimiz erməni torpaqları varmı? Təbii ki, yoxdur. Hansı tarixi mədəniyyət abidələrini dağıtmışıq? Bakıda olan kilsələrini qoruyub saxlamışıq. Başqa yerlərdə də kilsələri olub. Amma onların qəddarlığını sübut edən kifayət qədər imkanlarımız var. Düşünürəm ki, Ermənistana hansısa formada dəstək verən adamlar ola bilər. Amma bunun beynəlxalq aləmdə məsuliyyət məsələsi kimi qoyulması inandırıcı görünmür. Olsa, bu, beynəlxalq hüquq normalarına inamsızlığın əsasını qoya bilər. Yəni dünya beynəlxalq məhkəmələrin ədalətsiz olduğunu görər. Bu baxımdan düşünürəm ki, normalda Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək yönündə addım atmalıdır. Bilirsiniz ki, 44 günlük savaşdan sonra bu addım atılıb. Ortada kifayət qədər əsaslandırılmış sübutlar var. Həm vətəndaşların öldürülməsi, həm onların yaşayış hüquqlarının pozulması, həm də tarixi mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ortada faktlar var. Sadəcə, bizim qarşımızı kəsən amillərdən biri odur ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin, eləcə də Roma statusunun üzvü olmadığına görə biz bu gün onların törətdiyi müharibə cinayətləri ilə bağlı cəzalandırılmaları üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilmirik. Amma 2015-ci ildə bilirsiniz ki, Avropa Məhkəməsinin qərarı var, ”Çıraqov və başqaları Ermənistana qarşı" adlanır. Hesab edirəm ki, bu proses davam etməlidir. 2015-ci ildəki qərar tipli qərarları vaxtaşır Ermənistana qarşı çıxarılmalıdır. Vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının təmin edilməsi, eyni zamanda yaşamaq hüququ və digər məsələlərin bərpası istiqamətində addımlar atılmalıdır. İşlər ancaq bu istiqamətdə getməlidir".

Cavanşir ABBASLI,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi