azia.az
azia.az

"Ermənistanı məsuliyyətə cəlb edəcəyik"

17-09-2021, 08:41


"Ermənistanı məsuliyyətə cəlb edəcəyik"
Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz tvitter hesabında yazıb.

"Önümüzdəki günlərdə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir", - o yazıb.

Qeyd edək ki, Ermənistan, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı məhkəmə prosesinə başlayıb.

Erməni tərəfinin qaldırdığı iddiada qeyd olunur ki, "Ermənistan Azərbaycan tərəfindən onilliklər ərzində irqi ayrı-seçkiliyə məruz qalırdı", və bu "qırğınlar, işgəncələr və digər qanun pozuntularında" öz əksini tapmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi